"Səbail"in hücumçusu "Sabah"da

"Səbail"in hücumçusu "Sabah"da
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 
Fanat.az xəbər verir ki, Konqo əsilli fransalı hücumçu Kevin Kubemba ilə 2 illik müqavilə bağlanıb.
26 yaşlı forvard karyerası ərzində Fransanın "Amyen”, "Lill”, "Brest”, "Bur-an Bress”, Belçikanın "Sent-Trüden”, Bolqarıstanın MOİK (Sofiya) komandalarının şərəfini qoruyub. O, son mövsümdə Azərbaycanın "Səbail” klubunda çıxış edib.
 
Hücumçu Konqo millisində 3 oyun keçirib.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər