"Səbail"dən "Sabah"a transfer

"Səbail"dən "Sabah"a transfer
"Sabah” heyətini yeni oyunçu ilə gücləndirib. 
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı qapıçı Əmirhüseyn Nəcəfi ilə müqavilə imzalayıb. 22 yaşlı qolkiperlə 2020-ci ilin mayınadək müqavilə bağlanılıb.
İranın "İstiqlal” komandasının yetirməsi olan Nəcəfi karyerası ərzində bu klubla yanaşı, "Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə Azərbaycanın U-21 millisinə dəvət alıb.
Nəcəfi "Sabah”da 96 nömrəli formada çıxış edəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər