"Səbail"də gərginlik: kapitanla legioner dalaşdı - FOTOLAR

"Səbail"də gərginlik: kapitanla legioner dalaşdı - FOTOLAR
"Səbail" - "İnter" matçında meydan sahiblərinini futbolçuları mübahisə edib. Fanat.Az xəbər verir ki, "Səbail"in iki üzvü - kapitan Elton Yaqublu və Qvineya-Bisaudan olan Mauda Jarjue insident yaşayıb. 
Oyunun sonlarında iki futbolçu arasında sərt mübahisə yaranıb, hətta, bir-birilərini itələyiblər. Ətrafdakıların müdaxiləsindən sonra aranı sakitləşdirmək və davanın böyüməsinin qarşısını almaq mümkün olub. Baş hakim Ramil Diniyev bu hərəkətlərinə görə hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Eltun Yaqublu bundan əvvəl digər komanda yoldaşı Nurlan Novruzovla mübahisə edib.
 
"Səbail"də gərginlik: kapitanla legioner dalaşdı - FOTOLAR "Səbail"də gərginlik: kapitanla legioner dalaşdı - FOTOLAR
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər