“Səbail” üçün daha bir rəqib

“Səbail” üçün daha bir rəqib
Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında olan "Səbail”in daha bir rəqibi müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv "İstanbulspor”la qarşılaşacaq.
İyulun 22-də Ankarada "Kızılcahamam İlçe Genclik sahəsi”nin meydanında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, "Səbail” Türkiyədəki oyunlarından ikisində "Gənclərbirliyi”nə 0:3, "Sivasspor"a 1:2 hesabı ilə uduzub, Qətərin "Əl Şəhaniyə” komandası ilə 2:2 hesablı heç-heçə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər