"Səbail" - "Sabah" oyununda "sülh"

"Səbail" - "Sabah" oyununda "sülh"
Topaz Premyer Liqasında növbəti mövsümə hazırlaşan "Sabah”la "Səbail” yoxlama görüşündə üz-üzə gəlib. 
Fanat.Az xəbər verir ki, görüş "Bayıl Arena”da baş tutub.
Matçın 13-cü dəqiqəsində "Səbail” hesabı açıb. Komandanın heyətində yeni transfer Ruslan Qurbanov fərqlənib. Lakin Premyer Liqanın debütantı bunu cavabsız qoymayıb. Belə ki, 68-ci dəqiqədə Məqsəd İsayev bərabərlik qolunu vurub.
Bununla da qarşılaşma qollu bərabərliklə (1:1)  başa çatıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər