Bu gün Azərbaycan Premyer Liqasında XVII turun növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında autsayder "Qəbələ" səfərdə "Səbail"in qonağı olub. Elmar Baxşıyevin baş məşqçisi olduğu "qırmızı-qaralar" ardıcıl üçüncü dəfə 0:3 hesablı məğlubiyyətlə üzləşib. "Səbail" darmadağınla 3-cü pilləyə yüksəlib.
Günün son oyununda "Sabah" "Araz-Naxçıvan"ın qonağı olacaq. "Dalğa Arena"da keçirilən matçdan naxçıvanlılar qalib ayrılıb. Azər Bağırovun baş məşqçisi olduğu kollektiv inamlı qələb sayəsində xallarını yenidən "Səbail"inki ilə eyniləşdirib.
Qeyd edək ki, tura dünən Tovuzda start verilib. "Kəpəz" "Sumqayıt"ı büdrədib - 1:1. Turun növbəti oyunları sabah ("Turan-Tovuz" - "Zirə") və dekabrın 18-də ("Qarabağ" - "Neftçi") keçiriləcək.
Misli Premyer Liqası XVII tur 15 dekabr
“Səbail” – “Qəbələ” 3:0 Qollar: Yadin Luqasi, 18. İlkin Qırtımov, 52-öz qapısına. Aleksandr Ramalinqom, 60-pen. Qırmızı vərəqə: Samuel Tetteh, 35
Səbail: 12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov Baş məşqçi: Şahin Diniyev
Qəbələ: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov. 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 17. Yaovi Akakpo, 10. Omar Hani Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Anar Şixəliyev “ASCO Arena”
“Araz-Naxçıvan” – “Sabah” 2:0 Qollar: Bojan Letiç, 39-öz qapısına. Turan Manafov, 71 Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k) Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Kadiri Mohammed Baş məşqçi: Azər Bağırov
Sabah: 1. Yusif İmanov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 12. Vinsent Til Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 53. Fəxri Məmmədli, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris Baş məşqçi: Murad Musayev Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Elçin Mehtiyev “Dalğa Arena”