"Səbail" "Xəzər"ə qalib gəldi

"Səbail" "Xəzər"ə qalib gəldi
Bu gün "Səbail” ikinci yoxlama matçını keçirib. Fanat.Az xəbər verir ki, Samir Əliyevin komandası I divizion təmsilçisi "Xəzər”lə üz-üzə gəlib.
Qarşılaşma 3:1 hesabı ilə "Səbail”in xeyrinə başa çatıb. Komandanın qollarına Kərim Diniyev, Elman Taqayev və Vüqar Nadirov imza atıblar.
 
Qeyd edək ki, "Səbail” ilk yoxlama oyununda "Sabah”la qolsuz heç-heçə oynamışdı. Komandanın növbəti sınağı yanvarın 18-də "Sumqayıt”a qarşı olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər