“Şaxtyor”un baş məşqçisi “Neftçi”dən danışdı

“Şaxtyor”un baş məşqçisi “Neftçi”dən danışdı
“Neftçi” Azərbaycanda ən varlı klubdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Şaxtyor” klubunun baş məşqçisi Viktor Kumıkov deyib. Karaqanda təmsilçisinin çalışdırıcısı iştirak etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibləri olan “Neftçi” ilə Albaniyanın “Skenderbeu” klubunu dəyərləndirib.
Belə ki, “Şaxtyor” Belarusda 1:0 hesabı ilə yendiyi BATE-ni keçərsə, Azərbaycan və Albaniya çempionlarının qalibi ilə üzləşəcək. Kumıkov hələ növbəti rəqib haqda düşünmək istəmir: “Skenderbeu” Albaniyada son 3 ildə ən güclü klub olub. Komandalar bizimlə müqayisə etməklə, yetərincə yüksək səviyyədədirlər. BATE istənilən halda güclüdür. Əgər belarusluları keçsək, növbəti rəqiblər haqda düşünəcəyik”.
Qeyd edək ki, “Neftçi” evdə keçirdiyi oyunda qolsuz bərabərlik edib. 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər