Saşa qovuldu, Pavel "Neftçi"də debüt etdi

Saşa qovuldu, Pavel "Neftçi"də debüt etdi

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində hazırda "Bakcell Arena"da "Neftçi" "Bakı"nı qəbul edir. Fanat.az xəbər verir ki, qarşılaşmanın 27-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar.

 

Rauf Əliyevlə üz-üzə qalan Saşa Stamenkoviç onu cərimə meydançası yaxınlığında kobudluqla dayandırıb. Bu üzdən də baş hakim Fariz Yusifov serbiyalı qolkiperi birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Nəticədə, "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov Ernest Nforu çıxararaq, onun əvəzində meydana digər qapıçı Pavel Doroşevsi buraxıb. Bununla latviyalı futbolçu "Neftçi"də ilk rəsmi matçına çıxıb.

 

Qeyd edək ki, "Neftçi" buna qədər məhz Nforun vurduğu erkən qol sayəsində hesabda 1:0 öndə idi. Bundan 20 dəqiqə sonra Cavid İmamverdiyev ikinci qolu "Bakı"nın qapısından keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər