"Lill"in yarımmüdafiəçi Renatu Santeş bu qış "Milan"a keçməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə RMC məlimat yayıb.
Xəbərə görə, klublar Santeşin keçidində razılaşsalar da, portuqaliyalı futbolçu mövsümü "Lill"də başa vurmaq istədiyini deyib.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "Lill"də çıxış edir. O, bu müddətdə Fransa klubunun heyətində 43 oyunda meydana çıxıb və 4 qola imza atıb.
Röya