Samir Məsimovu istəyən klub internetdən futbolçu tapdı

Samir Məsimovu istəyən klub internetdən futbolçu tapdı

Samir Məsimov üçün "Neftçi"yə təklif göndərən Sloveniyanın "Domjale" klubu maraqlı addım atıb. Fanat.az xəbər verir ki, klub sosial mediada elan verərək futbolçu tapıb və onunla müqavilə bağlayıb.

Belə ki, "Domjale" ötən ay "Linkedln" adlı sosial paylaşım saytına elan verərək peşəkar futbolçu axtardığını bildirib: "Avropa Birliyi pasportu olan sağ cinah müdafiəçisi axtarırıq. Hücumameylli 3-4-3 taktiki sxeminə uyğun futbolçu seçiləcək".

"Domjale" istəyinə dünən çatıb. Belə ki, indiyədək İspaniyanın "Betis", "Espanyol", Yunanıstanın "Anortosis" və Macarıstanın "Videoton" klublarında forma geyinmiş Alvaro Braçi elana cavab verib. Ötən gün 30 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər