"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası aldılar

"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası aldılar

AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və lisenziyalar təqdim olunub.

Fanat.Az xəbər verir ki, diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.

Bunların arasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev və "Şamaxı"nın çalışdırıcısı Vüqar Əsgərli də var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər