Salmanov AFFA prezidentinə məktub yazdı -ÖZƏL

Salmanov AFFA prezidentinə məktub yazdı -ÖZƏL

FIFA referisi Anar Salmanov AFFA  prezidenti Rövnəq Abdullayevə məktub yazıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, Premyer  Liqa oyunlarına təyinat almayan fit sahibi bağışlanmasını xahiş edib.

Xatırladaq ki, 2012/13 mövsümündə Azərbaycan kubokunun yarımfınal mərhələsində, “Neftçi” “Qarabağ” (2-1) oyununda Salmanov kobud səhvə yol vermişdi. Belə ki, ədalət təmsilçisi  “Qarabağ”ın qapısına düzgün olmayan 11 metrlik cərimə zərbəsi təyin etmiş və buna görə sərt şəkildə cəzalandırılmışdı.

Sonradan I divizionun oyunlarına təyinat alan ikinci kateqoriyalı FİFA referisi hazırda elita matçlarına buraxılmır. Belə durumun sözügedən hakimin beynəlxalq karyerasını alt-üst edəcəyi isə gözləniləndi. Deyilənə görə, Anarın bağışlanmaq ehtimalı az deyil.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər