Sadıqov "Ximki"də 2 qol vurub - AFFA maraqlanırmı?

Sadıqov "Ximki"də 2 qol vurub - AFFA maraqlanırmı?

Rusiyanın "Ximki" klubunda çıxış edən İlya Tufanoviç Sadıqov əslən azərbaycanlıdır. 

Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu 2021-ci ilin avqust ayında "Ximki"nin heyətində debüt edib və 2 qola imza atıb.

Rusiya Premyer Liqasında parlaq çıxışı ilə seçilən gənc futbolçu diqqətimizi çəkdi.

Maraqlıdır, bəs əslən azərbaycanlı olan İlyadan AFFA-nın xəbəri varmı? Millimizə cəlb oluna bilərmi? Təklif göndərilibmi? 

Bunları dəqiqləşdirmək üçün assosiasiyaya müraciət etdik.

Suallarımızı qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla cavablandırdı: "Bəli, AFFA bu futbolçunu diqqət mərkəzində saxlayır, Texniki departament bu işlə məşğuldur".

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər