"Xəzər Lənkəran"ın sabiq futbolçusu Azərbaycana gəlir. Fanat.Az xəbər verir ki, malili futbolçu bu dəfə Premyer Liqada yox, aşağı dvizionda oynacaq.
"Şəmkir"in rəhbərliyi onun menecerləriylə danışıb və Tounkaranın əyalət təmsilçisində oynaması üçün razılıq əldə olunub. Faktı "Futbol+" qəzetinə açıqlamasında komandanın baş məşqçisi Qəhrəman Əliyev təsdiqləyib.
Qeyd edək ki, Sadio Tounkara 2012-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib (126 oyun, 17 qol). Ölkəmizdən ayrıldıqdan sonra o, Cənubi Kiprin "Enosis" klubunda forma geyinib.
Fanat.Az