Sabiq "Qəbələ"li futbol tarixinə düşdü - VİDEO

Sabiq "Qəbələ"li futbol tarixinə düşdü - VİDEO
Bir müddət "Qəbələ"nin formasını geyinmiş və hazırda Yunanıstanın 2-ci liqa klublarından olan "Qilfadas"ın formasını geyinən Serje Cehua futbol tarixinə düşüb. Fanat.az xəbər verir ki, Sierra Leonedən olan futbolçu "Olimpiakos"la (Volos) oyunda meydana çıxdıqdan cəmi 10 saniyə sonra qırmızı vərəqə alıb.
Qeyd edək ki, Cehua 2011-2012 mövsüsndə "Antalyaspor"dan "Qəbələ"yə keçmiş və ölkəmizdə 9 oyuna çıxaraq 2 qol vurmuşdu. O, Azərbaycandan ayrıldıqdan sonra bir müddət "Boluspor"un formasını geyinmişdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər