Braziliyanın "Atletiko Mineiro" klubunda baş məşqçi dəyişikliyi reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
"Atletiko" Qabriel Militonun yeni baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.
"Barselona"nın sabiq müdafiəçisi bu postda Luiz Felipe Skolarini əvəzləyib.
43 yaşlı argentinalının son iş yeri 2021-ci ilin yanvarından 2023-cü ilin avqustuna kimi çalışdırdığı “Argentinos Xuniors” olub.
Mirağa