"Sabah"ın yeni transferi məşqlərə qoşuldu

"Sabah"ın yeni transferi məşqlərə qoşuldu
Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Səbail”lə qarşılaşacaq "Sabah” bu oyuna hazırlıqları davam etdirir.
 
Fanat.Az xəbər verir ki, komanda "Bank Respublika Arena”nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Yeni transfer Alvaro Villete də məşqdə iştirak edib.
"Səbail” – "Sabah” oyunu sentyabrın 26-da saat 18:00-da "ASKO Arena”da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ilk 3 turundan sonra hesabında 6 xal olan "Sabah” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər