"Sabah"ın rəqibi gənc vinger transfer etdi

"Sabah"ın rəqibi gənc vinger transfer etdi

"Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Partizan" gənc oyunçu transfer edib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı sağ cinah vingeri Boqdan Mirçetiç bu gün Masazırda "bayquşlar"la üz-üzə gələcək Belqrad təmsilçisinə qoşulub.

Qeyd edək ki, ölkəsinin perspektivli gənclərindən olan Boqdan Serbiyanın U-17 millisində top qovub.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər