“Sabah”ın Premyer Liqa tarixində ən gənc heyət

“Sabah”ın Premyer Liqa tarixində ən gənc heyət
Azərbaycan Premyer Liqasının 13-cü turundan sonra çempionat qış fasiləsinə yollandı.
Fanat.Az xəbər verir ki, "Sabah” ilin son oyununda səfərdə "Sumqayıt”ı 2:1 hesabıyla məğlub etdi.
"Sabah”ın bu oyundakı start heyətinin orta yaşı 24,3-ə bərabər olub ki, bu da, klubun Premyer Liqada çıxış etdiyi müddətdə ən gənc start heyəti kimi tarixə düşüb. "Sumqayıt”la görüşdə start heyətində çempionatın gənc futbolçu limitinə uyğun 4 oyunçu yer alıb (Amin Seydiyev, Ozan Can Kökcü, Veysəl Rzayev və Şakir Seyidov).
Ümumilikdə, cari mövsümdə Premyer Liqada "Sabah”ın heyətində 24 futbolçu meydana çıxıb. Ən çox şans qazanan futbolçu Amin Seydiyevdir (12 oyun, 1068 dəqiqə).
Çempionatın ilk yarısında komandanın heyətində meydana çıxmış ən yaşlı futbolçu Saşa Stamenkoviç (35 yaş), ən gənc futbolçu isə Veysəl Rzayevdir (17 yaş, 11 ay, 9 gün). Qış fasiləsinə kimi "Sabah”ın heyətində 9 fərqli futbolçu ümumilikdə 13 qola imza atıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər