“Sabah”ın pley-offdakı potensial rəqibi dəqiqləşdi

“Sabah”ın pley-offdakı potensial rəqibi dəqiqləşdi

"Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda 3-cü raundda Serbiya "Partizan"ını mübarizədən kənarlaşdıra bilsə, Danimarka "Nordsyelland"ı ilə üz-üzə gələcək.

Skandinaviya klubu cavab görüşündə Rumıniya "Styaua"sını 2 cavabsız qolla üstələyib. İlk matç qolsuz bərəbərliklə başa çatmışdı.

"Partizan" - "Sabah" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bakıdakı oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər