"Sabah"ın kapitanı məşqlərə nə vaxt başlayacaq? - Özü dedi

"Sabah"ın kapitanı məşqlərə nə vaxt başlayacaq? - Özü dedi

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Masazırda Latviya RFŞ-inə qarşı keçirdikləri oyunda (2:1) qabırğası sınan Elvin Camalov məşqlərə nə vaxt başlayacağını deyib.

"Bayquşlar"ın kapitanı Fanat.Az-a açıqlamasında "Partizan"la səfər matçından sonra çalışmalara start verəcəyini bildirib:

"RFŞ ilə oyunda zədələnmişdim. İnşallah "Partizan"la oyundan sonra məşqlərə başlayacam. Meydana nə vaxt qayıdacağım həkimlərin yekun rəyindən sonra bilinəcək".

Qeyd edək ki, "Sabah" KL-in 3-cü təsnifat mərhələsinin ilk oyununda "Partizan"ı 2:0 hesabı ilə yenib. Serbiya klubu ilə Belqraddakı cavab qarşılaşması avqustun 17-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər