"Sabah"ın kapitanı: "Günahı futbol agentlərində görürəm"

"Sabah"ın kapitanı: "Günahı futbol agentlərində görürəm"
"Açığı, virusa çox da fikir vermirəm. Çünki qorxduğu şey insanın başına gəlir".
Bu fikirləri "Report”un instaqram səhifəsində canlı yayımda "Sabah" klubunun kapitanı Ruslan Abışov koronavirus pandemiyası barədə danışarkən deyib.
34 yaşlı müdafiəçi bildirib ki, bir çox insan qorxudan bu xəstəliyə tutulur: "Özümü bacardığım qədər qoruyuram. Sosial məsafə və maska öz yerində, qidama və yuxu rejimimə də riayət edirəm. Komandamızda bir çox oyunçu virusa yoluxdu. Qorxmamaq lazımdır. Buna sadə qrip kimi yanaşsaq, daha yüngül keçər".
O, azərbaycanlı futbolçuların ölkə xaricində çıxış edə bilməməsinin səbəbini açıqlayıb. Təcrübəli oyunçunun sözlərinə görə, bu işdə futbol agentlərinin də günahı var: "Halbuki ölkəyə gətirilən legionerlər yerlilərdən qat-qat zəifdir. Problemi menecerlərdə görürəm. Ölkəmizdə Tural Bayramlı, Turan Manafov, Toral Bayramov kimi gənclər var. Onlara dəstək olsalar, Avropada rahat çıxış edə bilərlər. Bu futbolçulara güvənmək və vaxt vermək lazımdır".
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər