"Sabah"ın ilk kubok qolu və qələbəsi

"Sabah"ın ilk kubok qolu və qələbəsi
Dünən start götürən Azərbaycan kubokunun 2018/19 mövsümünün ilk qolunun müəllifi Bəxtiyar Soltanov olub. 
Fanat.Az xəbər verir ki, "Sabah”ın yarımmüdafiəçisi "Ağsu” ilə səfər oyununda hesabı açıb.
 
Ağsuda keçirilən görüşün 6-cı dəqiqəsində vurulan bu top həm də klubun tarixinə düşüb. Bu, paytaxt təmsilçisinin tarixində Azərbaycan kubokunda vurulan ilk qol olub. "Ağsu”nu 3:0 hesabı ilə məğlub edən "Sabah” ölkə kubokunda özünün ilk qələbəsinə imza atıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər