"Sabah"ın hazırlıq planı açıqlandı

"Sabah"ın hazırlıq planı açıqlandı
"Sabah” klubunun qış hazırlıq proqramı müəyyənləşib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, komanda yanvarın 8-dək istirahət edəcək.
Məhz həmin gün Visente Qomesin kollektivi bir araya gələrək, mövsümün ikinci yarısının hazırlıqlarına başlayacaq. Məşqlər Masazırdakı "Bank Respublika Arena”da baş tutacaq. Ancaq hazırlıq çərçivəsində yoxlama görüşünün olub-olmayacağı hələ bəlli deyil.
Qeyd edək ki, "Sabah” Premyer Liqanın XIV turu çərçivəsində yanvarın 21-də "Qarabağ”la qarşılaşacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər