Topaz Premyer Liqasında mövsümün ən gənc futbolçusu

Topaz Premyer Liqasında mövsümün ən gənc futbolçusu
"Sabah”ın Topaz Premyer Liqasının XII turu çərçivəsində keçirdiyi "Qarabağ”la səfər oyunu (1:1) komandanın üzvü Şakir Seyidov üçün əlamətdar olub. 
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində Məqsəd İsayevi əvəzləyən gənc yarımmüdafiəçi yüksək liqada ilk oyununa çıxıb.
Premyer Liqada 17 yaş, 10 ay, 24 günlüyündə debüt edən Şakir, çempionatın cari mövsümündə meydana çıxan ən gənc futbolçu olub.
Xatırladaq ki, Şakir Seyidov bir neçə gün öncə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan U-19 millimizin heyətində yer almışdı. Seçmə mərhələdə hər biri 90 dəqiqə olmaqla, 2 oyunda çıxış edən Şakir, yığmamızın uğurunda pay sahibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər