"Sabah"ın futbolçusu: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"

"Sabah"ın futbolçusu: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"
"Artıq 5 aydır ki, rəsmi matçlara çıxmırıq. Bizim üçün çempionat sabahdan başlayır". 
Bu fikirləri "Report"a açıqlamasında "Sabah"ın futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının I turunda səfərdə "Qarabağ"la matç barədə danışarkən deyib. 
27 yaşlı cinah müdafiəçisi çempionatdakı ilk matçların həmişə çətin olduğunu bildirib. Alxasov "Qarabağ"la matça qələbə üçün çıxacaqlarını söyləyib.
Qeyd edək ki, avqustun 22-də keçiriləcək "Qarabağ" - "Sabah" matçı saat 20:00-da başlayacaq. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər