"Sabah"ın aparıcı futbolçusu uzun müddətə sıradan çıxdı

"Sabah"ın aparıcı futbolçusu uzun müddətə sıradan çıxdı
"Sabah"ın futbolçusu Cavid İmamverdiyev uzun müddətə sıradan çıxıb. 
Bu barədə "Report"a 29 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
O, Azərbaycan Premyer Liqasının VI turunda "Səbail" komandası ilə oyun zamanı zədələndiyini bildirib: "Baldır əzələm yırtılıb. Ən azı bir ay oynamayacağam". 
Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu seçilib. O, iki mövsümdür çıxış etdiyi "Sabah"ın hazırda vitse-kapitanıdır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər