"Sabah"ın Antalyadakı iki rəqibi açıqlandı

"Sabah"ın Antalyadakı iki rəqibi açıqlandı
Yanvarın 2-dən 23-dək Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olacaq "Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı 2 rəqib bəlli olub. 
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda yanvarın 16-da Qazaxıstanın "Tobol”, 19-da isə Macarıstanın "MTK Budapeşt” klubuyla üz-üzə gələcək.
Xatırladaq ki, "Sabah” yanvarın 12-də və 22-də daha 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin adı yaxın günlərdə açıqlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər