"Sabah"ın 26 yaşlı oyunçusu karyerasını bitirə bilər

"Sabah"ın 26 yaşlı oyunçusu karyerasını bitirə bilər
"Sabah”ın futbolçusu Elşən Abdullayev böyük ehtimalla, peşəkar karyerasını davam etdirə bilməyəcək.
 
Fanat.Az xəbər verir ki, 2019-cu ilin martında dizindən ağır xəsarət alan hücumçu əməliyyatdan sonra uzun müddət bərpa prosesi keçib. Həm də qasıq nayihəsində ağrılar hiss etdiyi üçün müalicə olunan ön xətt oyunçusu ötən ilin dekabrına qədər məcburi istirahət edib.
Lakin yeni il ərəfəsində "Sabah”ın qoşulan Elşən məşqlərin birində zədəsini yeniləyib. Belədə, növbəti əməliyyat qaçılmaz olub. Bir müddət öncə İstanbulda cərrah masasına uzanan hücumçunun adının Peşəkar Futbol Liqasındakı iştirak ərizəsində olmaması faktdı. Bu, "Sabah”ın zədəsi xroniki hal alan 26 yaşlı forvarddan əlini üzməsi anlamındadı.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər