"Sabah"dan möhtəşəm geridönüş: 88-dən sonra qol şousu

"Sabah"dan möhtəşəm geridönüş: 88-dən sonra qol şousu
Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, turun növbəti günündə də bir oyun baş tutub. Bu oyunda "Səbail" "Sabah"ı qəbul edib.
Oyunda hesab 76-cı dəqiqədə açılıb. Məqsəd İsayevin avtoqolu "Səbail"i hesabda önə keçirib. Bundan 10 dəqiqə sonra meydan sahiblərindən Adil Nağıyev qırmızı vərəqə alıb. Oyunun sonlarında isə "Sbah" qol şousu göstərib. İkinci yarıda meydana çıxan Ulise Diallo 88-90-cı dəqiqələrdə dubl edərək komandasını hesabda önə keçirib. 90+7-ci dəqiqədə isə Hendrik Ekşteyn "Sabah"ın üçüncü qolunu vurub - 3:1
Qeyd edək ki, komandalar arasında birinci dövrədəki martç "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Ümumiyyətlə Premyer Liqadakı 6 dueldə "Sabah" 3, "Səbail" 2 dəfə 3 xal qazanmağa nail olub. "Səbail" son 3 matçda 3 qol buraxıb və xal qazanmayıb. "Sabah" isə ilk dəfə səfərdəki çempionat oyununda qol vura bilib.
Onu da qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Sumqayıt"a 1:2 hesanı ilə uduzub. Tura noyabrın 24-də keçiriləcək "Neftçi" "Qəbələ" və "Zirə" - "Keşlə" oyunları ilə yekun vurulacaq.
 
Premyer Liqa
2019/20 mövsümü
II dövrə, XII tur
23 noyabr 
Səbail - Sabah 1:3
Qollar: Məqsəd İsayev, 76 (avtoqol) - Ulise Diallo, 88; 90. Hendrik Ekşteyn, 90+7.
Qırmızı vərəqə: Adil Nağıyev, 86.
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 8. Yevgeni Koçuk, 21. Eriko da Silva, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 13. Şəhriyar Rəhimov, 32. Elvin Yunuszadə, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 27. Hendrik Ekşteyn, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 7. Coşqun Diniyev, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov.
Məşqçi: Ramin Quliyev.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"ASCO Arena”.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

12

8

3

1

21:5

27

2

Keşlə

11

5

4

2

13:6

19

3

Neftçi

11

5

3

3

16:10

18

4

Sumqayıt

12

5

2

5

16:17

17

5

Sabah

12

3

4

5

14:15

13

6

Səbail

12

3

2

7

9:20

11

7

Zirə

11

2

5

4

11:17

11

8

Qəbələ

11

2

3

6

9:19

9

Bombardirlər

Lorenzo Frutos (Keşlə), Mehdi Şərifi (Sumqayıt), Peyman Babayi (Sumqayıt) - 5. İsmayıl İbrahimli (Qarabağ), Stiven Monroz (Neftçi), Davit Volkov (Qəbələ), Maqaye Qeye (Qarabağ) - 4.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər