"Sabah"dan Kolumbiya klubuna transfer

"Sabah"dan Kolumbiya klubuna transfer
"Sabah"ın hücumçusu Rocer Roxas Kolumbiyaya transfer olunub.
Fanat.Az xəbər verir ki, honduraslı futbolçu "Deportes Tolimo" klubuna keçib. Bu barədə yerli mediaya klubun prezidenti Qabriel Kamarqo açıqlama verib. 
Qeyd edək ki, mövsümün əvvəlində Kosta Rikanın "Alaxuelense" klubundan "Sabah"a keçən 29 yaşlı hücumçu paytaxt təmsilçisində keçiridiyi 13 oyunda 2 qol vurub və məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər