“Sabah”dan ayrılan futbolçu keçmiş klubuna qayıtdı

“Sabah”dan ayrılan futbolçu keçmiş klubuna qayıtdı
Qış fasiləsində "Sabah”ın yolladığı Ulisse Diallon özünə yeni komanda tapıb. 
 
Fanat.Az xəbər verir ki, malili hücumçu karyerasını Macarıstanın yüksək liqasında çıxış edən, keçmiş klubu "Mezokovesd”də davam etdirəcək. 
 
29 yaşlı futbolçu ilə tezliklə müqavilə imzalanacaq. 
 
Qeyd edək ki, Ulisse Diallon 2016/17 mövsümündə də "Mezokovesd”də keçirib.
 
Xatırladaq ki, "Sabah”a 2019-cu ilin yayında Macarıstanın digər klubu MKT-dan keçib. Paytaxt klubu ümidləri doğrultmayan futbolçu ilə müqaviləyə bu qış xitam verib. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər