"Sabah"dan 200 min manatlıq müsabiqə

"Sabah"dan 200 min manatlıq müsabiqə
"Sabah” Futbol Klubu rəsmi maskotunun hazırlanması üçün müsabiqə elan edib.
Fanat.Az xəbər verir ki, təklif ediləcək maskotla bağlı şərtlər də müəyyənləşdirilib:
- "Sabah” Futbol Klubunun dəyərlərini əks etdirməlidir;
- "Sabah” Futbol Klubunun rəsmi rəngləri (göy, ağ) əks olunmalıdır;
- Daha öncə Azərbaycanda və xaricdə heç bir qurum tərəfindən istifadə olunmamalıdır;
- Göndərilmiş eskizdə maskotun adı, izahı və görünüşü tam əks olunmalıdır;
 
Müsabiqə 30 iyul 2019-cu il tarixinə kimi keçərlidir. Qalibə 2000 AZN məbləğində pul mükafatı təqdim ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında məlumatları təklif etdikləri eskizlə birlikdə [email protected] ünvanına "MASKOT” başlığı ilə göndərə bilərlər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər