"Sabah"da xorvat futbolçu: ildə 475 min qazanacaq

"Sabah"da xorvat futbolçu: ildə 475 min qazanacaq
"Sabah" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az Xorvatiya mediasına istinadən xəbər verir ki, Bakı klubu Mario Marinanı transfer edib. 30 yaşlı bosniyalı dayaq yarımmüdafiəçisinin keçidi yaxın günlərdə rəsmən açıqlanacaq.
Xorvat həmkarlarımız "Qoritsa”dan transfer olunan futbolçunun illik gəlirinin 250 min avro (475 min manat) olduğunu yazıb. "Transfermarkt" isə onun üçün "Qoritsa"ya 100 min avro (190 min manat) transfer haqqı ödənildiyini qeyd edib 
Qeyd edək ki, Mario Marinan bu mövsüm "Qoritsa"nın heyətində 17 rəsmi oyuna çıxıb O, əvvəllər Xorvatiyanın "Dinara”, "Zaqora”, "Lmotski”, "Hrka Lozovac”, "Sibelnik", Bosniyan və Hersoqavinanın "Şiroki Brieq” klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər