"Sabah" Xorvatiyada iki qələbə qazandı

"Sabah" Xorvatiyada iki qələbə qazandı
"Sabah"ın U-12 komandası Xorvatiyada keçirilən "Dalmatinko Cup"da iştirak edir. 
Fanat.Az klubun "Facebok" səhifəsinə istinadən xəbər verir ki, komanda turnirdə "Hayduk" (Xorvatiya), "Imotski" (Xorvatiya), "Primorak" (Xorvatiya) və "Qurnik" (Polşa) klublarıyla bir qrupda yer alıb.
Samir Əbdürəhmanovun yetirmələri artıq turnirdə iki oyun keçirib. Komanda ilk oyununda yerli "Hayduk" (Split) klubuna 1:0 hesabıyla qalib gəlib. Matçda yeganə qola Famil Məmmədli imza atıb.
"Sabah" növbəti oyununda "İmotski" klubuyla qarşılaşıb. Görüş bakılıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Rəşad Alışov və Babamirzə Mehdiyev fərqləniblər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər