Misli Premyer Liqasında birinci dövrənin son turu davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha iki oyun keçirilib.
Günün ilk dueli bölgədə baş tutub. "Qəbələ" "Səbail"i qonaq edib. Mövsümə uğursuz başlayan, bununla belə tədricən özünə gəlməkdə olan "qırmızı-qaralar" paytaxt təmsilçisini büdrətməyə çalışıb. Hərçənd, çempionata iddialı başlayan "dənizçilər" ilk "üçlük"də yerini qorumaq üçün səfərdən 3 xalla dönmək əzmindəydi. Qonaqlar yeganə qolla çətin səfərdən 3 xalla qayıdıblar.
Bu gün həmçinin "Sabah"la "Araz-Naxçıvan" münasibətlərinə aydınlıq gətiriblər. Murad Musayevin komandası uduzsa, mükafatçı olmaq, ötən mövsümkü nəticəsini təkrarlamaq şansı möcüzəyə bağlı olacaqdı. Hər halda, çempionatın sürpriz komandası sayılan "Araz-Naxçıvan"ı məğlub etmək elə də asan olmayacaqdı. Bu qarşılaşma məhz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, tura ötən gün "Zirə" - "Turan Tovuz" görüşü (2:1) ilə start verilib.
Misli Premyer Liqası IX tur 7 oktyabr
“Qəbələ” – “Səbail” 0:1 Qol: Rüfət Abdullazadə, 90+5
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo Baş məşqçi: Elmar Baxşıyev
Səbail: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes Baş məşqçi: Şahin Diniyev
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Qəbələ şəhər stadionu
“Sabah” – “Araz-Naxçıvan” 1:1 Qollar: Anatoli Nuriyev, 82 – İshak Belfodil, 76-öz qapısına.
Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till. Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita. Baş məşqçi: Murad Musayev. Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k). Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui. Baş məşqçi: Azər Bağırov.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Seymur Səlimli “Bank Respublika Arena”