"Sabah" Visente Qomesi göndərir - SON DURUM

"Sabah" Visente Qomesi göndərir - SON DURUM
"Sabah" rəhbərliyi işinin öhdəsindən gələ bilməyən Visente Qomesdən qurtulmağın yollarını axtarır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi turnir cədvəlində son pillədə qərarlaşan və ölkə kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə uduzaraq mübarizəni dayandıran mkomandanın baş məşqçini mümkün qədər tez yola salmaq istəyir.
İndi əsas məsələ klubla müqaviləsi olan uğursuz çalışdırıcıyla "az qan bahasına" vidalaşmaq - ona böyük məbləğdə təzminat ödəməməkdir.
Rəhbərlik əcnəbini əcnəbi ilə əvəzləmək niyyətində də deyil. Qomes uğurla yola salınacağı halda, onun tutduğu post yerli çalışdırıcılardan birinə həvalə ediləcək. Hazırda bu posta ən real namizəd "Keşlə"də özünü yaxşı tərəfdən göstərən Tərlan Əhmədovdur.  
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər