"Sabah" və "Zirə" Türkiyəyə getdi

"Sabah" və "Zirə" Türkiyəyə getdi
Azərbaycan Premyer Liqası təmsilçiləri  "Sabah" və "Zirə" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşüb.
Fanat.Az xəbər verir ki, komandalar bu gün səhər saatlarında ölkəmizi tərk edib.
"Sabah" və "Zirə" yanvarın 22-dək Antalyada toplanış keçəcək.
Qeyd edək ki,  "Sabah" toplanış çərçivəsində "Pakş” (Macarıstan - 11 yanvar), "Akademika Klinçeni” (Rumıniya - 15 yanvar), "Kaysar”la (Qazaxıstan - 19 yanvar) qarşılaşacaq. Yanvarın 20-dəki rəqib hələ məlum deyil. "Zirə" isə  "Ümraniyespor” (Türkiyə - 11 yanvar),  "Sepsi” (Rumıniya - 16 yanvar), "Napredak”la (Serbiya - 21 yanvar) üz-üzə gələcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər