"Sabah" və "Qarabağ" Antalyada eyni rəqiblə qarşılaşacaq

"Sabah" və "Qarabağ" Antalyada eyni rəqiblə qarşılaşacaq
"Sabah” komandasının Türkiyənin Antalya bölgəsində keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Jelko Sopiçin baş məşqçi olduğu komanda ikinci yoxlama oyununda Rumıniyanın "Akademika Klinkeni” klubu ilə üz-üzə gələcək. Görüş yanvarın 15-də baş tutacaq. 
Qeyd edək ki, "Sabah" yanvarın 11-də Macarıstanın "Pakş” klubu ilə qarşılaşacaq. "Akademika Klinkeni” yanvarın 18-də Azərbaycanın digər təmsilçisi "Qarabağ"la yoxlama oyunu keçirəcək. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər