"Sabah" Ukrayna millisinin sabiq üzvüylə gücləndi - RƏSMİ

"Sabah" Ukrayna millisinin sabiq üzvüylə gücləndi - RƏSMİ

"Sabah” heyətinə hücumçu qatıb.

 

Fanat.Az xəbər verir ki, Masazır təmsilçisi Marko Deviçi geri qaytarıb. Klub Ukrayna millisinin sabiq üzvü (35 oyun, 7 qol) ilə mövsümün sonuna qədər anlaşıb.

Məlumatı klubun rəsmi saytı yayıb. 2018/19 mövsümündə də "Sabah”da top qovan serb bu komandanın elitada ilk qolunun müəllifidi. Deviç ötən mövsüm "Sabah”da 21matç keçirib, 8 top vurub.

Marko karyerası ərzində "Zvezdara”, "Rad”, "Jeleznik”, "Vozdovats” (hamısı Serbiya), "Volın”, "Metallist” (Xarkov), "Şaxtyor” (hamısı Ukrayna), "Rubin”, "Rostov” (hər ikisi Rusiya), "Əl-Rayyan” (Qətər) və "Vaduts”da (Lixtenşteyn) oynayıb.

 

Hücumçunun son iş yeri "Vozdovats” olub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər