"Sabah" toplanışa qələbə ilə başladı

"Sabah" toplanışa qələbə ilə başladı
Türkiyədə təlim-məşq toplanışında olan "Sabah” bu gün ilk yoxlama oyununu keçirib.
 
Fanat.Az xəbər verir ki, Elşad Əhmədovun komandası Türkiyənin birinci liqasında çıxış edən "Əskişəhərspor”la qarşılaşıb. Antalyada "İC Santai" otelinin stadionunda keçirilən görüş Bakı klubunun qələbəsi ilə başa çatıb. Gənc hücumçu Emil Qasımovun 68-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub.
Qeyd edək ki, Premyer Liqamızın debütantı növbəti qarşılaşmasını yanvarın 16-da Qazaxıstan "Tobol”una qarşı  keçirəcək. 
Yoxlama oyunu
12 yanvar
16.30 Sabah (Azərbaycan) - Eskişəhərspor (Türkiyə) 1:0
Qol: Emil Qasımov, 68
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər