Təhsil Liqasının U-9 komandalarının mübarizəsində 2018/19 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Sabah"ın U-9 komandası mövsümün sonuna iki tur qalmış çempionluğunu elan edib.
"Sabah" bu gün "Leon" üzərində 3:0 hesablı qələbə qazanaraq mövsümün qalibi adına sahib çıxıb. Arda Əzizlinin dubl etdiyi oyunda İlkin Bayramov bir qol vurub.
Fanat.Az