"Sabah" Super Liqa klubu ilə "sülh" bağladı

"Sabah" Super Liqa klubu ilə "sülh" bağladı
Türkiyədə təlim-məşq toplanışında olan "Sabah” sonuncu yoxlama oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, Premyer Liqanın debütantı yerli "Alanyaspor”la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə nəticələnib. İlk hissədə hesabda geri düşən "Sabah” 83-cü dəqiqədə məğlubiyyətdən qaçıb. Komandanın heyətində Elgün Nəbiyev fərqlənib.
Qeyd edək ki, "Sabah” Bolu toplanışı çərçivəsində bundan əvvəlki 3 oyununda da heç-heçə etmişdi. Debütant  "Giresunspor” və "Osmanlıspor”la 1:1, "Sancaktepe Bələdiyyəspor”la isə 2:2 hesablı bərabərliyə imza atmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər