İyulun 23-də Bakı toplanışını başa vuraraq Türkiyəyə yollanan "Sabah" qonşu ölkədə ilk yoxlama görüşünü keçirib.
Fanat.Az-ın məlumatına görə, paytaxt təmsilçisi bu gün Boluda meydana çıxıb.
Rəqib Rumıniya təmsilçisi "Konkordiya" olub. İki gün öncə "Zirə" ilə heç-heçə edən "Konkordiya"nın "Sabah"la matçı "Vonresort Abant" otelinin meydançasında baş tutub. Üç qolun qeydə alındığı qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
Yoxlama görüşü
25 iyul
"Sabah" - "Konkordiya" (Rumıniya) 1:2 Qol: Cavid Tağıyev, 51. Bolu. "Vonresort Abant" otelinin meydançası Sabah: 1. Saşa Stamenkoviç, 4. Bəhlul Mustafazadə, 6. Vadim Abdullayev, 7. Rəşad Eyubov, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə, 23. Amadu Diallo, 27. Hendrik Eksteyn, 77. Cavid Tağıyev, 97. Emil Qasımov.
Fanat.Az