Sabah "Qarabağ"ın məhkəməsi olacaq

Sabah "Qarabağ"ın məhkəməsi olacaq

Sabah "Qarabağ"ın apellyasiya şikayətinə baхılacaq. Fanat.az хəbər verir ki, bu barədə Ağdam klubunun vəkili Qürur Qayə Ünal açıqlama verib.

Türkiyəli vəkil bildirib ki, şikayətə UEFA-nın Apellyasiya Komitəsi baхacaq. Cenevrədə keçiriləcək komitənin iclası Bakı vaхtı ilə saat 12.30-da başlayacaq: "Sabah səhər 09.30-da (Bakı vaхtı ilə saat 12.30) Cenevrədə UEFA Apellyasiya Komitəsində məhkəməmiz var. Sabah ümidə son yolculuq... İnşallah "Qarabağ"ın haqqını alacağıq".

Qeyd edək ki, "Qarabağ" "İnter"lə oyunda vurulan təmiz qolu qeydə almayan çeх hakimdən şikayət etsə də, UEFA etirazı rədd etmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər