"Sabah" Qətər klubu ilə qarşılaşacaq

"Sabah" Qətər klubu ilə qarşılaşacaq
Türkiyədə təlim-məşq toplanışında olan "Sabah"ın daha bir rəqibi müəyyənləşib. 
Fanat.Az saytı xəbər verir ki, paytaxt klubu "Əl-Şahaniyə" ilə yoxlama görüşündə qarşılaşacaq.
Qətər təmsilçisi ilə görüş avqustun 1-nə planlaşdırılıb. "Sapanca" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Bu, "Sabah"ın Türkiyədə 3-cü yoxlama görüşü olacaq. Komanda indiyə qədər "Konkordiya"ya (Rumıniya - 1:2) uduzub, "Kəmərspor"a (Türkiyə - 2:1) qalib gəlib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər