“Sabah” – “Partizan” matçının biletləri satışa çıxarıldı

“Sabah” – “Partizan” matçının biletləri satışa çıxarıldı

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Sabah” – “Partizan” oyununa bilet satışına başlanılıb.

Fanat.Az xəbər verir ki, biletləri “iticket.az” saytından, “Iticket”in satış məntəqələrindən, sabahdan etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə edə bilərsiniz.

Satılmış hər biletdən əldə olunan 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Bilet əldə etmək üçün: //iticket.az/events/sport/sabah-fk-fk-partizan/97688

“Sabah” – “Partizan” oyunu avqustun 10-da saat 20:00-da Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər