"Sabah" "Neftçi"dən ayrılan daha bir futbolçunu heyətinə qatdı

"Sabah" "Neftçi"dən ayrılan daha bir futbolçunu heyətinə qatdı
2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah” daha bir futbolçunu heyətinə qatıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son mövsümü "Neftçi"də çıxış edən Məhəmməd Mirzəbəyovla anlaşıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Oyunçu karyerası ərzində "Anji” (Rusiya), "Sumqayıt”, "İnter” və "Qəbələ”nin də formasını geyinib. Mirzəbəyov Azərbaycan millisində 18 matça çıxıb.
Xatırladaq ki, Məhəmməd Mirzəbəyov "Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanılıb. Abışov da son olaraq "Neftçi"də çıxış edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər