"Sabah" "Monako"nun sabiq üzvünü transfer etdi

"Sabah" "Monako"nun sabiq üzvünü transfer etdi
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu Qvineya əsilli fransalı futbolçu Amadu Diallo ilə anlaşıb. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Diallo karyerası ərzində "Monako B” (Fransa), "Namur” (Belçika), "Vayt Star” (Belçika), "Serkl Brügge” (Belçika) klublarının formasını geyinib. O, son mövsüm Fransanın "Red Star” komandasında çıxış edib.
Oyunçu Qvineya millisinin U-23 komandasının da üzvü olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər